...

Bakıda keçirilən Avropa Çempionatı çərçivəsində batutda tullanma üzrə finalçılar məlum olub

İdman Materials 14 Aprel 2018 22:33 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında kişilər arasında batutda tullanma üzrə 26-cı Avropa çempionatının finalçıları məlum olub.
Bakıda keçirilən Avropa Çempionatı çərçivəsində batutda tullanma üzrə finalçılar məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişilər arasında batutda tullanma üzrə 26-cı Avropa çempionatının finalçıları məlum olub.

Trend-in məlumatına görə, finala fransız idmançılar Allan Morante və Sebastyan Martini, rusiyalı Dmitriy Uşakov və Mixail Melnik, belaruslu idmançı Mikita İlyinıx, Portuqaliya təmsilçisi Dioqo Qançinyo, almaniyalı Kirilo Sonn və polşalı Artur Zakrjevski yüksəliblər.

Azərbaycanlı gimnast İlya Qrişunin yarımfinalda 58,620 bal toplayıb və doqquzuncu yer tutaraq, finalda ilk rezervist olub. Qrişunin sabah finalda ilk səkkizlikdən kimsə yarışlara qatılmadığı təqdirdə iştirak edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti