...

Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazandılar (FOTO)

İdman Materials 23 Aprel 2018 09:55 (UTC +04:00)
Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.
Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazandılar (FOTO)

Bakı. Trend:

Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin olimpiadasına lisenziya xalları verir.

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar.

Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti