...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verildi (FOTO)

İdman Materials 27 Aprel 2018 12:20 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verildi (FOTO)

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Trend-in məlumatına görə, 27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti