...

FIA Formula 2 sinfində praktiki sessiyanın ən yaxşı pilotları məlum olub

İdman Materials 27 Aprel 2018 12:30 (UTC +04:00)
Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb.
FIA Formula 2 sinfində praktiki sessiyanın ən yaxşı pilotları məlum olub

Bakı. Azad Həsənli - Trend:

Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb.

Trend-in məlumatına göre, sərbəst yürüşdə ən yaxşı nəticəni "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara göstərib. Onun nəticəsi 1:57.136 dəqiqə təşkil edib.

İkinci nəticəni "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü nəticəni "MP Motorsport"un pilotu Ralf Boşunq (1:57.629) göstərib.

Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayıb.

Trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti