...

"Neftçi"nin seriyası qırıldı

İdman Materials 30 Aprel 2018 13:26 (UTC +04:00)
“Neftçi”nin Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
"Neftçi"nin seriyası qırıldı

Bakı. Trend:

“Neftçi”nin Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, Bakı təmsilçisi XXV turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub.

“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2.

70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti