...

AÇ-2018: qadın güləşçilər mübarizəyə başlayır

İdman Materials 2 May 2018 09:11 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulacaq.

50 kq
1/8 final - Mariya Stadnik - J.Şellin (GER)

55 kq
1/4 final - Bediha Gün (TUR) - Solmaz Həşimzadə

59 kq
1/4 final - M.Hristova (BUL) - Tatyana Omelçenko

68 kq
1/8 final - Buse Tosun (TUR) - İrina Netreba

76 kq
1/4 final - Z.Nemeth (HUN) - Səbirə Əliyeva

Qeyd edək ki, Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yığma komandamız ilk qızıl medalını qazanıb. Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olan Eldəniz Əzizli Avropa çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti