...

Bakıda müxtəlif ölkələrdən peşəkar boksçular açıq havada rinqə çıxdılar (FOTO)

İdman Materials 3 May 2018 11:43 (UTC +04:00)
Mayın 4-də Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) baş tutacaq turnirin içtirakçıları Fəvvarələr bağında quraşdırılmış rinqdə ictimaiyyətə təqdim olunub.
Bakıda müxtəlif ölkələrdən peşəkar boksçular açıq havada rinqə çıxdılar (FOTO)

Bakı. Trend:

Argentina, İspaniya, Ukrayna, Rusiya və Azərbaycandan olan peşəkar boksçular mayın 2-də Bakıda açıq hava məşqi keçirib.

Trend-in məlumatına görə, mayın 4-də Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) baş tutacaq turnirin içtirakçıları Fəvvarələr bağında quraşdırılmış rinqdə ictimaiyyətə təqdim olunub.

Beynəlalq boks təşkilatçısı olan “BoomBox” şirkətinin təşkilatçılığı, Azərbaycanın “AS Qrup İnvestment” şirkətlər qrupunun dəstəyi ilə keçirilən boks gecəsində tam 4 titulun çempionluq kəmərləri uğrunda mübarizə aparılacaq.

Dünyanın 5 ölkəsindən 16 boksçu WBC Youth (Dablyu-Bi-Si Gənclər), IBF International (Ay-Bi-Ef Beynəlxalq), WBA Continental (Dablyu-Bi-Ei Qitə) WBA Inter-Continental (Dablyu-Bi-Ei Qitələrarası) kateqoriyaları üzrə çempionluq üçün döyüşəcək.

Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğurunda argentinalı boksçu, dünya reytinqində Top 100-də olan Mateo Veronla rinqə çıxacaq.

Həmin gün məşhur rusiyalı qardaşlar Həsən və Hüseyn Baysanqurov qardaşları öz titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar WBA və IBF üzrə 3 titul uğrunda döyüşəcəklər. Həsən WBA Continental versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn isə özünün IBF International versiyası üzrə çempionluq kəmərini və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobosla döyüşəcək.

Bu döyüşlərdən əlavə də maraqlı daha 5 qarşılaşma keçiriləcək. Boks turnirlərində rast gəlinən ənənəvi və məşhur şoularla birlikdə proqramın 5 saatadək davam etməsi gözlənilir.

Bütün proqram “İdman Azərbaycan” kanalı vasitsilə canlı yayımlanacaq.

Həyəcanı daha yaxından hiss etmək və Bakıdakı ilk beynəlxalq boks turnirinin canlı şahidi olmaq istəyənlər isə biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti