...

"Liverpul" Çempionlar Liqasına vəsiqəni təmin etdi, Məhəmməd Salah yeni rekorda imza atdı

İdman Materials 13 May 2018 21:23 (UTC +04:00)
Bu gün İngiltərə Premyer Liqasının son turu çərçivəsində "Liverpul" "Brayton"u qəbul edib
"Liverpul" Çempionlar Liqasına vəsiqəni təmin etdi, Məhəmməd Salah yeni rekorda imza atdı

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının son turu çərçivəsində "Liverpul" "Brayton"u qəbul edib.

Trend-in məlumatına görə, oyun ev sahibinin 4: hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: Məhəmməd Salah (26-cı dəqiqə), Deyan Lovren (40-cı dəqiqə), Dominik Solanke (63-cü dəqiqə) və Andre Robertson (85-ci dəqiqə).

Beləliklə, "Liverpul" klubu İngiltərə Premyer Liqasında 75 xal toplayıb və 4-cü yerdə qaralaşaraq gələn il UEFA Çempionlar Liqasında iştirak etmək hüququnu qazanlb.

Bundan əlavə, "Liverpul"un hücumçusu Məhəmməd Salah bu Premyer Liqada 32-ci qolunu vuraraq bu turnirdə bir mövsüm ərzində ən çox qol vuran futbolçu olub.

Qeyd edək ki, "Liverpul" mayın 26-sı UEFA Çempionlar Liqasının finalında İspaniyanın "Real Madrid" klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti