Bakı. Trend:
Millimizin üzvü Ruslan Qurbanov "Qəbələ" futbol klubundan ayrılıb.
Trend-in məlumatına görə, bu barədə futbolçu "Facebook"dakı səhifəsində yazıb.
27 yaşlı yarımmüdafiəçi "Qəbələ"də keçirdiyi 2 il ərzində ona göstərilən inam və dəstəyə görə klub rəhbərliyinə təşəkkürünü bildirib, komandaya Avropa Liqasında uğurlar arzulayıb.
Qeyd edək ki, R.Qurbanovla başa çatan müqavilənin müddəti uzadılmayıb.