...

Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib (FOTO)

İdman Materials 4 İyun 2018 16:17 (UTC +04:00)
Ankarada səmti müəyyənetmə idman növü üzrə Heydər Əliyev Kuboku yarışı keçirilib.
Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının və Türkiyənin Oryentirinq Federasiyasının birgə təşkilatçılığı ilə Ankarada səmti müəyyənetmə idman növü üzrə Heydər Əliyev Kuboku yarışı keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarış iştirakçıları əvvəlcə Ankaradakı Heydər Əliyev Parkına gələrək ulu öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra iştirakçılar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uyuduğu “Anıtqəbir”i ziyarət ediblər.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın vitse-prezidenti Pərvin Şərifov, Türkiyənin Oryentirinq Federasiyasının prezidenti Hacer Akyuz çıxış edərək yarışın əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətinin bütün dövrlərində idmanın inkişafına böyük diqqət və qayğı göstərib. Ölkəmizin idman ictimaiyyəti ulu öndərin əziz xatirəsini həmişə ehtiramla yad edir. Qardaş ölkədə ümummilli liderin xatirəsinə həsr olunan bu yarış da bunun bariz nümunəsidir.

Daha sonra müxtəlif kateqoriyalarda sprint məsafəsi üzrə yarışa start verilib. İdmançılarımızdan Xəyyam Məmmədov və Rəna Abaszadə öz kateqoriyalarında bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıblar. Digər idmançılarımıza gəldikdə isə Sevda Verdiyeva öz kateqoriyasında 5-ci, Süleyman Əliyev isə 7-ci olublar.

Sonda Azərbaycanın Ankaradakı səfirliyinin də fəal dəstək verdiyi yarışın qalibləri mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti