...

Meksika komandası DÇ-2018 çərçivəsində Almaniya yığmasını məğlub etdi (VİDEO)

İdman Materials 17 İyun 2018 20:51 (UTC +04:00)
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir.
Meksika komandası DÇ-2018 çərçivəsində Almaniya yığmasını məğlub etdi (VİDEO)

Bakı. Trend:

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir.

Trend-in məlumaıtna görə, növbəti oyun "F" qrupu çərçivəsində baş tutub, Almaniya və Meksika komandaları qarşılaşıb. Oyun Moskva şəhərində “Lujniki” stadionunda keçirilib.

İlk dəqiqələrdən gərgin mübarizə şəraitində keçən matçda qalib Cənubi amerikalılar olublar.

Meksikalılar minimal hesablı qələbə qazanıblar. Oyunun yeganə qolunu 35-ci dəqiqədə Meksika futbolçusu Hirvinq Lozano vurub.

Beləliklə, Meksika yığması turnirə qələbə ilə başlayaraq aktivinə 3 xal yazır. Qrup çərçivəsində növbəti oyun sabah Bakı vaxtı ilə 16:00-da keçiriləcək. Nijni Novqorod şəhərinin "Nijni Novqorod" stadionunda İsveç və Cənubi Koreya komandaları görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti