...

DÇ-2018: Seneqal yığması Polşa komandası üzərində 1:2 hesablı qələbə qazandı (VİDEO)

İdman Materials 19 İyun 2018 20:59 (UTC +04:00)
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
DÇ-2018: Seneqal yığması Polşa komandası üzərində 1:2 hesablı qələbə qazandı (VİDEO)

Bakı. Trend:

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

Trend-in məlumatına görə, “H” qrupunun ikinci oyununda Seneqal və Polşa yığmaları qarşılaşıb. Oyun afrikalıların 1:2 hesablı qələbələri ilə yekunlaşıb.

Matçda hesabı polşalı müdafiəçi açıb. Öz qapısına avtoqolla fərqlənən Tiaqo Sionek Seneqalı hesabda irəli çıxarıb. Seneqallıların ikinci qolunu Polşa komandasının kobud səhvindən sonra 60-cı dəqiqədə Mbaye Nianq vurub.

Polşa komandası oyunda yeganə qolunu isə 86-cı dəqiqədə vurub. Qjeqoj Krıxovyak fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti