Bakı. Trend:
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının ikinci yarımfinal oyunu keçirilib.
Trend-in məlumatına görə, Moskvanın "Lujniki" stadionunda Xorvatiya yığması ilə İngiltərə yığması qarşılaşıb.
Oyunun 5-ci dəqiqəsində İngiltərə yığmasının oyunçusu K.Tripyer komandasını hesabda önə çıxarıb - 0:1.
İkinci hissədə xorvatlar İ.Perişiçin qolu ilə hesabı bərabərləşdirib. Oyunun əsas vaxtı 1:1 hesabl ilə yekunlaşıb və oyun uzatmalara gedib.
Oyunun 109-cu dəqiqəsində M,Mandzukiç komandasının qələbə topunu vurub - 2:1.
Beləliklə, Xorvatiya yığması Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının finalına vəsiqə qazanıb. Xorvatiyanın finaldakı rəqibi Fransadır.