Bakı. Tural Turan - Trend:
Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyununda 20 qol vurub.
Trend-in məlumatına görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rottax-Eqern”a 20:2 hesabı ilə qalib gəlib.
“Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər,Müller və Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmix hərəyə 1 dəfə fərqləniblər.