...

Messi “Barselona”nın İspaniya çempionatlarında tarixi qolunu vurub (FOTO) (VİDEO)

İdman Materials 19 Avqust 2018 10:52 (UTC +04:00)
Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub.
Messi “Barselona”nın İspaniya çempionatlarında tarixi qolunu vurub (FOTO) (VİDEO)

Bakı. Tural Turan - Trend:

Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub.

Trend-in məlumatına görə, bu tarixi hadisə ilk turda "Alaves"lə ev oyununa təsadüf edib.

Messi 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filippe Koutinyo vurub. Beləliklə, "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Lionel Messi “Barselona”nın La Liqada vurduğu 5000-ci qolun da müəllifi olub. Bu, 1 fevral 2009-cu ildə "Rasinq"lə XXI tur görüşünə təsadüf edib. "Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi oyunda da Messi iki qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti