...

Bakıda bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinin ikinci gününə start verilib (FOTO)

İdman Materials 19 Avqust 2018 11:45 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirin ikinci gününə start verilib.
Bakıda bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinin ikinci gününə start verilib (FOTO)

Bakı. Tural Turan - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirin ikinci gününə start verilib.

Trend-in məlumatına görə, yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edirlər.

Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış etdiyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparırlar.

Yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, "Zirvə" İdman Klubu, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən olan ümumilikdə 130-dan çox gimnast da iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti