...

Qurban Qurbanov: "Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

İdman Materials 24 Avqust 2018 09:40 (UTC +04:00)
"Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq".
Qurban Qurbanov: "Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq"

Bakı. Trend:

"Bu şansdan cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Trend-in məlumatına görə, bunu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Şerif" - "Qarabağ" matçından (1:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O qeyd edib ki, rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır:

"Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəsə dəyişmək haqqında danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 30-da Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti