...

Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək

İdman Materials 27 Avqust 2018 14:44 (UTC +04:00)
İJF gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edəcək.
Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək

Bakı. Trend:

Beynəlxalq Cüdo Federasiyasının (İJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edəcək.

Trend-in məlumatına görə, İJF-nın rəsmi saytında bildirilir ki, tədbir dünya çempionatı ərəfəsində qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşəcək.

Konfransa İJF prezidenti Marius Vizerdən əlavə, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filzmoser və digər şəxslər iştirak edəcəklər.

Sentyabrın 19-da “Hilton Hotel”də keçiriləcək konfrans saat 16:30-da start götürəcək və 19:00-dək davam edəcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Bakıda 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti