...

UEFA elit məşqçilər forumuna dəvət almış şəxslərin adlarını açıqlayıb

İdman Materials 29 Avqust 2018 08:46 (UTC +04:00)
Siyahıda Zidan, Qvardiola və Simeone yoxdur
UEFA elit məşqçilər forumuna dəvət almış şəxslərin adlarını açıqlayıb

Bakı. Tural Turan - Trend:

UEFA elit məşqçilər forumuna dəvət almış şəxslərin adlarını açıqlayıb. Trend-in məlumatına görə, siyahıya Zinəddin Zidan, Pep Qvardiola və Diyeqo Simeone kimi məşqçilər əlavə olunmayıb.

Tədbirə aşağıdakı məşqçilər dəvət alıb: Joze Mourinyo, Karlo Ançelotti, Rafael Benites, Serjiu Konseysau, Unai Emeri, Paulu Fonseka, Rudi Qarsiya, Şenol Günəş, Xulen Lopeteqi, Tomas Tuxel və Arsen Venger.

Sayca 20-ci Forum UEFA-nın iqamətgahında, Noyon şəhərində 4 sentyabrda keçiriləcək.

Qitənin aparıcı məşqçiləri UEFA klub turnirləri barədə fikir mübadiləsi aparır, həmçinin Avropa futbolunun inkişafı üçün təkliflər irəli sürəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti