...

Araz Abdullayev "Qarabağ"da 9 nömrəli formada çıxış edəcək

İdman Materials 3 Sentyabr 2018 15:31 (UTC +04:00)
Araz Abdullayev "Qarabağ"da 9 nömrəli formada çıxış edəcək.
Araz Abdullayev "Qarabağ"da 9 nömrəli formada çıxış edəcək

Bakı. Trend:

Azərbaycan yığmasının üzvü Araz Abdullayev "Qarabağ"da 9 nömrəli formada çıxış edəcək.

Bu barədə Trend klubun "Facebook"dakı səhifəsinə istinadən məlumat verir.

"Qarabağ” transfer pəncərəsinin son günündə milli komandamızın üzvü A.Abdullayevi heyətinə qatmışdı. Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan futbolçu növbəti 2 mövsümü icarə əsasında Ağdam klubunda keçirəcək.

26 yaşlı idmançı son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti