...

Malta-Azərbaycan oyunu başlayıb

İdman Materials 10 Sentyabr 2018 23:03 (UTC +04:00)
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta-Azərbaycan oyunu başlayıb.
Malta-Azərbaycan oyunu başlayıb

Bakı. Tural Turan - Trend:

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta-Azərbaycan oyunu başlayıb. Trend-in məlumatına görə, Maltadakı “Ta Qali” milli stadionunda keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir.

Matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.

Yığmamızın start heyətində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Təmkin Xəlilzadə, Qara Qarayev, Mahir Mədətov, Emin Mahmudov, Riçard Almeyda, Dmitri Nazarov və Rauf Əliyev yer alıblar.

Malta yığmasının ilk on birliyində isə meydana Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Rayan Fenek, Pol Fenek, Maykl Mifsud, Andre Şembri, Cozef Mbonq, Jan-Pol Farruca və Rayan Kamilleri çıxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti