...

Cüdoçularımız Avropa birinciliyində 4 medal qazanıblar (FOTO)

İdman Materials 14 Sentyabr 2018 09:03 (UTC +04:00)
Sentyabrın 13-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı başlayıb.
Cüdoçularımız Avropa birinciliyində 4 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Sentyabrın 13-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı başlayıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Tofiq Məmmədov finaladək inamla irəliləyib. Həlledici görüşdə rusiyalı Konstantin Simeonidisə qalib gələn T.Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançılarımız Rövşən Əliyev gümüş, Balabəy Ağayev isə bürünc medala sahib olublar.

Qızların mübarizəsində 44 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova yarışı üçüncü pillədə başa vurub.

Sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti