Bakı. Trend:
Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib.
Trend-in məlumatına görə, nüfuzlu yarışın püşkü sentyabrın 19-da “Hilton Hotel”də atılacaq. Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq.
Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00 start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 09:00-a təyin olunub.
19 sentyabr
14:00. Fərdi və komanda yarışlarının püşkatması
20 sentyabr
Qadınlar 48 kq / Kişilər 60 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
21 sentyabr
Qadınlar 52 kq / Kişilər 66 kq
10:00. İlkin görüşlər
14:00. Açılış mərasimi
16:00. Final görüşləri
22 sentyabr
Qadınlar 57 kq / Kişilər 73 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
23 sentyabr
Qadınlar 63 kq / Kişilər 81 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
24 sentyabr
Qadınlar 70 kq / Kişilər 90 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
25 sentyabr
Qadınlar 78 kq / Kişilər 100 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
26 sentyabr
Qadınlar +78 kq / Kişilər +100 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
27 sentyabr
09:00. Qarışıq komanda yarışları