...

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb (FOTO)

İdman Materials 19 Sentyabr 2018 16:40 (UTC +04:00)
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Trend-in məlumatına görə, tədbirdə Fransanın əfsanəvi cüdoçusu Teddi Riner, avstriyalı cüdo ulduzu Sabrina Filtsmozer və Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Rüstəm Orucov çıxış ediblər.

R.Orucov bildirib ki, idmançılarımızın hər biri bu tədbirə yüksək səviyyədə hazırlaşıb: "İdmançılarımız çox yaxşı formadadırlar. Bu cür tədbirin ölkəmizdə keçirilməsi bizə böyük stimul verir. Mən inanıram ki, hər birimiz çox yaxşı nəticələr göstərəcəyik".

Sonra kompüter vasitəsilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atılıb. Püşk zamanı hər çəki dərəcəsində reytinqdə ilk “8-lik”də yer alan idmançılar fərqli qruplara paylanıblar. Rəqiblər isə avtomatik olaraq müəyyənləşib. Kişilər 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq, qadınlar isə 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq çəki dərəcələri üzrə mübarizə aparacaqlar.

Püşkə əsasən, qarışıq komanda yarışlarında 19 ölkə mübarizə aparacaq. Azərbaycanın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu rəqibi üstələyərsə, növbəti raundda Yaponiya - Monqolustan cütünün qalibi ilə qarşılaşacaq. Bundan başqa, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası vahid komanda kimi mübarizə aparacaq. Bu, fərdi yarışlara şamil olunmayacaq.

Qeyd edək ki, cüdo üzrə 32-ci dünya çempionatı sentyabrın 20-27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti