...

Karateçilərimiz Tokioda beynəlxalq turnirdə iştirak edəcək

İdman Materials 8 Oktyabr 2018 13:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan milli komandası Yaponiyanın paytaxtı Tokioya, Karate1 Premyer Liqa turnirinə yola düşür. Dünya Karate Federasiyasının (WKF) ən nufuzlu turnirində 12 idmançı iştirak edəcək.

Trend-in məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, Baş katib Mir Həsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov yer alıb.

Baş məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov, o cümlədən böyük məşqçi Seymur Hüseynov kumite turnirində on bir, kata yarışlarında isə bir idmançını müşayiət edəcək. Heyətə Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) daxil edilib.

Mövsümün 7 mötəbər Premyer Liqa turnirindən olan son Tokio mərhələsi, həm də noyabrda İspaniyada dünya çempionatına yekun hazırlıq yarışı olacaq. 8 oktyabrda səfərə çıxan heyət, 16 oktyabrda Bakıya dönəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti