Bakı. Trend:
Futbol üzrə Millətlər Liqasının 3-cü turu çərçivəsində Niderland millisi Almaniya komandasını qəbul edib.
Trend-in məlumatına görə, “A” liqasının 1-ci qrupunda keçirilən oyun “narıncı”ların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 30-cu dəqiqəsində Nederland komandasının müdafiəçisi komandasını irəli çıxarıb – 1:0.
Meydan sahibləri oyunun sonuncu dəqiqələrində hesabda fərqi artırıb. 87-ci dəqiqədə Memfis Depay, 90-cı dəqiqədə isə Corcinyo Veynaldum qol vurub.
Beləliklə, Niderland komandası qələbə qazanaraq hesabındakı xalları 4-ə çatdırıb və turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Birinci yerdə 4 xalla Fransadır, Almaniya yığması isə 1 xalla sonuncu pillədə qərarlaşıb.