...

Almaniya millisi bu dəfə də uduzdu (VİDEO)

İdman Materials 17 Oktyabr 2018 00:50 (UTC +04:00)
Millətlər Liqasının 3-cü turunda Fransa doğma meydanda Almaniya millisini qəbul edib
Almaniya millisi bu dəfə də uduzdu (VİDEO)

Bakı. Tural Turan - Trend:

Millətlər Liqasının 3-cü turunda Fransa doğma meydanda Almaniya millisini qəbul edib. Trend-in məlumatına görə, oyunda hesabı almanlar açıb. Kroos 18-cidəqiqədə penalti zərbəsini dəqiq vurub.

Lakin fransızlar oyunda dönüş yarada bilib. 62-ci dəqiqədə Qrizman hesabı bərabərləşdirib. 80-ci dəqiqədə isə Antuan Qrizman penalti zərbəsini dəqiqliklə yerinə yetirib və komandasına qələbə qazandırıb.

Turnir cədvəlinə 7 xalla Fransa başçılıq edir, 3 xalla Niderland ikinci, Almaniya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti