...

Cəbəllütariq yığması tarixində ikinci dəfə ard-arda qələbə qazanıb

İdman Materials 17 Oktyabr 2018 05:10 (UTC +04:00)
Cəbəllütariq yığması tarixində ikinci dəfə ard-arda qələbə qazanıb.
Cəbəllütariq yığması tarixində ikinci dəfə ard-arda qələbə qazanıb

Bakı. Tural Turan - Trend:

Cəbəllütariq yığması Millətlər Liqasının 4-cü turunda keçirilən matçda doğma meydanda Lixtenşteyn komandasını qəbul edib.

Trend-in məlumatına görə, Cəbəllütariq komandasında Kabrera və Çeiploina müvafiq olaraq 61 və 66-cı dəqiqələrdə qol vurublar.

Xatırladaq ki, bundan əvvəl Cəbəllütariq yığması səfərdə Ermənistanı məğlub etmişdi.

Hazırda Cəbəllütariq D4 qrupunda 6 xalla ikinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti