...

"Real" beş matçlıq qalibiyyətsiz seriyaya son qoydu

İdman Materials 3 Noyabr 2018 22:08 (UTC +04:00)
"Real Madrid" komandası futbol üzrə İspaniya Çempionatının 11-ci turu çərçivəsində "Valyadolid" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
"Real" beş matçlıq qalibiyyətsiz seriyaya son qoydu

Bakı. Trend:

"Real Madrid" komandası futbol üzrə İspaniya Çempionatının 11-ci turu çərçivəsində "Valyadolid" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Trend-in məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən oyunda hesab oyunun sonunda - 83-cü dəqiqədə açılıb. "Valyadolid"in oyunçusu Kiko avtoqola imza atıb. Oyunun 88-ci dəqiqəsində "Real"ın kapitanı Serxio Ramos penaltini dəqiq yerinə yetirərək hesabda fərqi artırıb.

Beləliklə, Madrid komandası 5 matçlıq qalibiyyətsiz seriyaya son qoyub (bir heç-heçə və dörd məğlubiyyət).

Bu qələbə "Real" üçün Xulen Lopeteqinin baş məşqçi postundan istefaya göndərildikdən sonra ilk qələbəsi olub. Hal-hazırda onun səlahiyyətlərini Santyaqo Solari yerinə yetirir.

Turnir cədvəlinə gəlincə, "Real" 17 xalla hazlrda 6-cıdır.

Qeyd edək ki, növbəti turda "Real Madrid" səfərdə "Selta" ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti