...

Diniyev "Sabah"a keçdi

İdman Materials 14 Yanvar 2019 11:24 (UTC +04:00)
"Sabah" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Diniyev "Sabah"a keçdi

Bakı. Trend:

"Sabah" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Trend-in məlumatına görə, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra komandanın uğurları üçün çalışacaq.

23 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Yeni transferimiz “Sabah”da 91 nömrəli forma geyinəcək.

C.Diniyev karyerası ərzində "İnter" (2013-2015) və "Qarabağ" (2015-2019) klublarında çıxış edib. Həmçinin Azərbaycan millisində 8 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti