...

Yaponiyalı tennisçi Qadın Tennis Assosiasiyasının reytinqində birinci yer tutub

İdman Materials 28 Yanvar 2019 07:11 (UTC +04:00)
Yaponiyalı tennisçi Naomi Osaka ötən həftə Australian Open turnirində qalib gəlib.
Yaponiyalı tennisçi Qadın Tennis Assosiasiyasının reytinqində birinci yer tutub

Bakı. Tural Turan - Trend:

Yaponiyalı tennisçi Naomi Osaka ötən həftə Australian Open turnirində qalib gəlib. Trend-in məlumatına görə, bununla Osaka Qadın Tennis Assosiasiyasının dünya reytinqində birinci yer tutub.

Final matçı Osaka Petra Kvitovaya qalib gəlib. Naomi Böyük Dəbilqənin ikinci turnirində qalib gəlib. Osaka həmçinin dünya reytinqinə başçılıq edən ilk yaponiyalı tennisçi olub.

Qadın Tennis Assosiasiyasının reytinqi:

1 (4). Naomi Osaka (Yaponiya) - 7030 xal

2 (6). Petra Kvitova (Çexiya) – 6290 xal

3 (1). Simona Halep (Rumıniya) – 5582 xal

4 (5). Sloan Stivens (ABŞ) - 5307 xal

5 (8). Karolina Plişkova (Çexiya) - 5100 xal

6 (2). Angelik Kerber (Almaniya) - 4965 xal

7 (7). Elina Svitolina (Ukrayna) - 4940 xal

8 (9). Kiki Bertens (Niderland) - 4430 xal

9 (3). Karolin Voznyatski (Danimarka) - 3566 xal

10 (11). Arina Sobolenko (Belarus) – 3485 xal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti