...

Rusiya gimnastı: Bakıda yarışların təşkili çox yaxşıdır

İdman Materials 16 Fevral 2019 18:08 (UTC +04:00)
Bakıda keçirilən yarışlar digərlərindən onunla fərqlənir ki, burada tamaşaçıların çox gözlə dəstəyi olur
Rusiya gimnastı: Bakıda yarışların təşkili çox yaxşıdır

Bakı. Trend:

Bakıda keçirilən yarışlar digərlərindən onunla fərqlənir ki, burada tamaşaçıların çox gözəl dəstəyi olur.

Bunu Trend-ə rusiyalı gimnast Susanna Koçesok deyib.

O, yarışda yaxşı çıxış etdiyini bildirib:

“Finala çıxmaq şansım var. Hələlik bütün idmançıların çıxışlarının bitməsini gözləyirəm. Bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün lisenziya qazanmağa çalışacağam”.

Gimnast əlavə edib ki, Bakıda hər zaman beynəlxalq yarışlar çox yaxşı təşkil olunur:

“Bakıda yarışların təşkili çox yaxşıdır. Azərbaycan çox qonaqpərvər ölkədir. Hər dəfə buraya gələndə ilk gün gəzintiyə çıxıram”.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti