...

Cüdoçumuz “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

İdman Materials 24 Fevral 2019 22:30 (UTC +04:00)
Cüdoçumuz Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
Cüdoçumuz “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Bakı. Trend:

Cüdoçumuz Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

Trend-in məlumatına görə, Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə Yaponiya idmançısı Sanşiro Muraonu məğlub edib.

Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Bu gün Rüstəm Orucov (73 kiloqram) da komandamızın hesabına medal yazdırıb. O, turnirin bürünc mükafatını əldə edib.

Xatırladaq ki, “Böyük dəbilqə” turnirində 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti