Bakı. Trend:
Argentinalı Liolen Messinin futbol üzrə İspaniya Çempionatının 2006/2007 mövsümündə "Hetafe"nin qapısından keçirdiyi top "Barselona" tarixinin ən yaxşı qolu seçilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, L.Messinin qolu azarkeşlərin səsəverməsində sonra klubun tarixində ən qol seçilib.
İkinci yerdə L.Messinin İspaniya Kubokunun 2014/2015 mövsümündə "Atletik" klubunun qapısına vurduğu qol qərarlaşıb. Üçüncü yeri yenidən argentinalı L.Messinin Çempionlar Liqasının 2010/2011 mövsümündə yarımfinal mərhələsində "Real" klubunun qapısına vurduğu qol tutub.
Dördüncü yerdə isə Serxi Robertonun Çempionlar Liqasının 2016/2017 mövsümündə 1/8 final mərhələsində "PSJ"nin qapısına vurduğu həlledici qol qərarlaşıb.
Xatırladaq ki, "PSJ2yə qarşı 1/8 final mərhələsində keçirilən 2 qarşılaşmadan birincisi - səfər qarşılaşmasını "Barselona" 4:0 hesabı ilə məğlub olmuşdu. Lakin cavab görüşündə "Barselona" rəqibini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.