...

"Barselona" yayda 300 milyon avro qazanmağı planlaşdırır

İdman Materials 4 Aprel 2019 08:45 (UTC +04:00)
İspaniyanın "Barselona" klubu yay transfer pəncərəsi zamanı 250-300 milyon avro dəyərində oyunçular satmağı planlaşdırır
"Barselona" yayda 300 milyon avro qazanmağı planlaşdırır

Bakı. Trend:

İspaniyanın "Barselona" klubu yay transfer pəncərəsi zamanı 250-300 milyon avro dəyərində oyunçular satmağı planlaşdırır.

Trend-in "ESPN"ə istinadən verdiyi məlumata görə, futbolçuların satışından əldə edilən gəliri klub yeni transferlərə xərcləmək niyyətindədir.

Bildirilir ki, klubu tərk edə biləcək iki kateqoriyada futbolçular var. İlk kateqoriyaya "Barselona"nı böyük məbləğ qarşılığında tərk edəcək oyunçular: Felipe Koutinyo, Samuel Umtiti və İvan Rakitiç daxildir, ikinci kateqoriyaya isə klubun məşqçisi Ernesto Valverdenin güvənmədiyi futbolçular yer alır.

Xatırladaq ki, "Barselona" artıq "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun 75 milyon avro qarşılığında transferini reallaşdırıb.

Mənbənin məlumatına əsasən, klub Matteysu de Liqtu, Luka Yoviç və Antuan Qrizman kimi oyunçuları da transfer etməyi düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti