...

“Shamkir Chess 2019” superturniri başa çatdı

İdman Materials 9 Aprel 2019 19:09 (UTC +04:00)
Aprelin 9-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin sonuncu turunun oyunları keçirilib
“Shamkir Chess 2019” superturniri başa çatdı

Bakı. Trend:

Aprelin 9-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin sonuncu turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, doqquzuncu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb.

Digər qrossmeysterimiz Teymur Rəcəbov və çexiyalı David Navara da qalibi müəyyənləşdirə bilməyib.

Bundan başqa, sonuncu turda dünya çempionu, turnirin qalibi adını təmin etmiş Maqnus Karlsen rusiyalı Aleksandr Qrişuku məğlub edib. Hindistanlı Vişvanatan Anand bolqarıstanlı Veselin Topalovla, çinli Dinq Liren isə niderlandlı Aniş Giri ilə heç-heçə oynayıb.

Beləliklə, doqquz turdan sonra Maqnus Karlsen 7, Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.

Qeyd edək ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirdə birinci yeri tutub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti