...

Çempionlar Liqası: "Barselona"dan vacib qələbə, "Yuventus" "Ayaks"la bacarmadı (VİDEO)

İdman Materials 11 Aprel 2019 01:10 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib
Çempionlar Liqası: "Barselona"dan vacib qələbə, "Yuventus" "Ayaks"la bacarmadı (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.

Trend-in məlumatına görə, Niderlandın "Ayaks" klubu doğma meydanda İtaliyanın "Yuventus" klubunu qəbul edib.

İlk hissənin sonuncu dəqiqəsində (45-ci dəqiqə) qonaqların hücumçusu K.Ronaldo komandasını hesabda önə keçirib. Lakin ikinci hissənin ilk dəqiqəsində ev sahibinin futbolçusu D.Neres hesabı bərabərləşdirib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

İspaniyanın "Barselona" klubu İngiltərinin "Mançester Yunayted" klubunun qonağı olub. Oyunun 12-ci dəqiqəsində L.Suarezin başla zərbəsindən sonra top ev sahibinin müdafiəçisi L.Şouya dəyərək qapıya daxil olub 0:1. Bu, oyunda yeganə qol olub.

Xəbər lenti

Xəbər lenti