Bakı. Rauf Quliyev - Trend:
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutub.
Trend-in məlumatına görə, Londonun "Arsenal" klubu səfərdə "Napoli" ilə qarşılaşıb.
Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun sahibi Aleksandr Lyakazett olub. Hücumçu oyunun 36-cı dəqiqəsində cərimə zərbəsindən Petr Çexin qapısına yol tapıb.
Xatırladaq ki, komandalar arasında İngiltərədə keçirilən ilk oyun “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Arsenal” turnirin yarımfinalına vəsiqə qazanıb.
Mərhələnin digər qarşılaşmaları:
“Çelsi” 4:3 “Slavia” (ilk oyun 1:0)
Qollar: P.Rodrigez (5 və 27-ci dəqiqələr), Simon Deli (avtoqol, 9-cu dəqiqə), O.Jiru (17-ci dəqiqə), T.Suçek (26-cı dəqiqə), P.Sevçik (51 və 54-cü dəqiqələr).
“Eintraxt Frankfurt” 2:0 “Benfika” (ilk oyun 2:4)
Qollar: F.Kostiç (36-cı dəqiqə), S.Rode (67-ci dəqiqə)
“Valensia” 2:0 “Vilyareal” (ilk oyun 3:1)
Qollar: T.Lato (13-ci dəqiqə), D.Parexo (54-cü dəqiqə)
Turnirin yarımfinal oyunlarında "Arsenal" "Valensiya"ya qarşı, "Çelsi" isə "Eintraxt Frankfurt"a qarşı oynayacaq.