...

Qazaxstanlı gimnast: Bakıda Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir

İdman Materials 27 Aprel 2019 23:42 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir
Qazaxstanlı gimnast: Bakıda Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun yarışları yüksək səviyyədə keçirilir. Bunu Trend-ə qazaxstanlı gimnast Adelya Tlekenova deyib.

A.Tlekenova qeyd edib ki, Milli Gimnastika Arenasının zalı çox böyükdü və burada mövcüd olan abu-hava yaxşıdır:

"Doğrudur, işıqlandırma qeyri-adi idi, düşünürəm ki, Dünya Çempionatında da belə olacaq, ona görə də alışmaq lazımdır. Bakıda yarışlar yüksək səviyyədə keçirilir, cox sayda məşq meydançaları var. Azarkeşlərin fəal dəstəkləmələri cox xoşdur".

Azərbaycan gimnstlarının çıxışlarından danışan A.Tlekenova vurğulayıb ki, onlar çox işləyirlər.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti