...

Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis: Bizim aramızda rəqabət yoxdur

İdman Materials 17 May 2019 18:38 (UTC +04:00)
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis Avropa çempionatında dəstəyə görə təşəkkürünü bildirir
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis: Bizim aramızda rəqabət yoxdur

Bakı. Trend:

Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis Avropa çempionatında dəstəyə görə təşəkkürünü bildirir.

Bunu Trend-ə müsahibədə gimnastlar deyib.

Gimnastlar bildirib ki, tamaşaçılar dəstək göstərməklə onların çıxışını daha da asanlaşdırır.

Z.Ağamirova və V.Qudis bir-birlərini dəstəklədiklərini və yarışlarda bir-birlərinin çıxışları zamanı həyəcanlandıqlarını bildiriblər:

“Bizim aramızda rəqabət yoxdur”.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti