...

Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb

İdman Materials 19 İyul 2019 00:19 (UTC +04:00)
Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar
Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb

Bakı. Trend:

Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti