...

Rusiya millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub - “Bakı 2019” (FOTO)

İdman Materials 24 İyul 2019 19:24 (UTC +04:00)
XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında növbəti medalçılar müəyyənləşib.
Rusiya millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub - “Bakı 2019” (FOTO)

Bakı. Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında növbəti medalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, qadın gimnastların komanda yarışlarında Rusiya millisi birinci olub. Rumıniya yığması yarışı ikinci, Böyük Britaniya isə üçüncü pillədə qərarlaşıb

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti