Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları keçirilib.
Azərbaycan Cüdo Kateqoriyasından Trend-ə verilən məlumata görə, Azərbaycan millisi ilk görüşünü güclü Portuqaliya yığmasına qarşı keçirib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda cüdoçularımız 4:3 hesabı ilə qələbə qazanıblar. 1/4 finalda Braziliya komandasına uduzan millimiz təsəlliverici görüşdə Koreya yığmasını məğlub edərək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Rusiya cüdoçuları ilə mübarizədən məğlub ayrılan milli komandamız Tokio mundialında 5-ci yeri tutub.