...

Maradona bu futbol klubunun baş məşqçisi oldu

İdman Materials 6 Sentyabr 2019 18:34 (UTC +04:00)
Argentina yığmasının heyətində dünya çempionu olmuş əfsanəvi Dieqo Maradona "Ximnasiya və Esqrima" futbol klubunun baş məşqçisi olub.
Maradona bu futbol klubunun baş məşqçisi oldu

Bakı. Trend:

Argentina yığmasının heyətində dünya çempionu olmuş əfsanəvi Dieqo Maradona "Ximnasiya və Esqrima" futbol klubunun baş məşqçisi olub.

Trend-in məlumatına görə, bu haqda komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.

Xatırladaq ki, Maradona daha əvvəl "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

"Ximnasiya" Argentinanın çempionatında sonuncu - 24-cü yeri tutur. Komanda beş matçdan sonra cəmi bir xal yığa bilib.

Klub Argentinanın ən köhnə klublarından biridir. Onun əsası 1887-ci ildə qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti