...

Bakıda bədii gimnastika üzrə dünya çempionatının 6-cı günü start götürüb (FOTO)

İdman Materials 21 Sentyabr 2019 14:49 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının 6-cı günü start götürüb.
Bakıda bədii gimnastika üzrə dünya çempionatının 6-cı günü start götürüb (FOTO)

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının 6-cı günü start götürüb.

Trend-in məlumatına görə, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın altıncı günündə qrup hərəkətləri komandaları mübarizəyə başlayıblar. Komandalar iki qrupda yarışırlar. Ümumilikdə 24 yığma komandanın mubarizə apardığı yarışda Azərbaycan gimnastları B qrupunda güclərini sınayacaqlar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramlarını təqdim edəcəklər.

Yarışda qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Günün sonunda çoxnövçülük üzrə yarışların mükafatçıları bəlli olacaq. Həmçinin çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti