...

Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib

İdman Materials 28 Sentyabr 2019 14:21 (UTC +04:00)
Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib

Bakı. Trend:

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Trend-in məlumatına görə, cədvəldə dünyanın 161 yığması yer alıb. Azərbaycan milli komandası budəfəki siyahıda 75-ci yerdə qərarlaşıb.

Aktivində 1345 xal olan yığmamız iyulda açıqlanan FİFA reytinqi ilə müqayisədə, 1 pillə irəliləyib. Buna Qazaxıstanın 3 pillə geriləməsi səbəb olub.

Siyahıya 2180 xalla ABŞ başçılıq edir. Almaniya ikinci (2064), Hollandiya (2036) üçüncü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti