...

Rumıniya millisinin baş məşqçisi istefa verib

İdman Materials 21 Noyabr 2019 18:20 (UTC +04:00)

Bakı. Trend:

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Trend-in məlumatına görə, 43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti