...

UEFA Azərbaycan klublarına pul ayırıb

İdman Materials 17 Dekabr 2019 14:39 (UTC +04:00)
2018-19-cu il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85 280 avro vəsait Azərbaycan klublarının hesabına köçürülüb
UEFA Azərbaycan klublarına pul ayırıb

Bakı. Trend:

2018-19-cu il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85 280 avro vəsait Azərbaycan klublarının hesabına köçürülüb:

Trend-in məlumatına görə, bu vəsait AFFA-nın vasitəsilə klublara köçürülüb. Köçürülmədən “Qarabağ” 51920, “Neftçi”, “Qəbələ” və “Keşlə” hərəyə 11120 avro əldə edib.

“Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti