Bakı. Trend:
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov Milli Gimnastika Arenasında qonaq olub.
Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir ki, bədii gimnastika üzrə yığma komanda üzvlərinin yoxlama məşqlərini izləyən nazir daha sonra gimnastlarımızın ona ünvanladığı sualları cavablandırıb.
Sonda Azad Rəhimov yığma komanda üzvləri ilə xatirə şəkilləri çəkdirib.