...

İrina Zaretska Premyer Liqa turnirinin finalına yüksəlib

İdman Materials 26 Yanvar 2020 06:15 (UTC +04:00)
Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska finala çıxıb
İrina Zaretska Premyer Liqa turnirinin finalına yüksəlib

Bakı. Trend:

Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska finala çıxıb.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. O, finalda misirli Feryal Abdelazezlə mübarizə aparacaq.

Komandamızın digər üzvü Rafiz Həsənov (67 kq) isə bürünc medal uğrunda yarışacaq. Üçüncü yer uğrunda döyüşdə idmançımızın rəqibi braziliyalı Vinisius Fiqueyradır.

Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanacaqlar.

Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti